YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Kamran Bayramov Daşkəsən rayonunda seçicilərlə görüşüb

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Kamran Bayramov bu gün  Daşkəsən rayonunda seçicilərlə görüşüb.

Əvvəlcə  Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Sonra Daşkəsən şəhərinin Mədəniyyət Mərkəzində seçiiclərlə görüş keçirilib.

K.Bayramov həmçinin Daşkəsəndə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, rayon ziyalılarının evlərinə baş çəkib.

Eyni zamanda, Daşkəsənin Bayan kəndində seçicilərlə görüş keçirilib.

Görüşlərdə 9 fevral seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbə qazanacağına əminlik ifadə olunub.

DİGƏR Xəbərlər Arxiv