YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib

Bugün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə "Daha güclü Azərbaycan naminə" devizi altında təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun qadın seçiciləri  ilə ilk görüş keçirilibdir.

Tədbirdə YAP-ın vahid siyahı üzrə namizədləri 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən namizəd millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, 22 saylı Nəsimi İkinci Seçki Dairəsi üzrə deputatlığa namizəd Sərraf Hüseynov, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi üzrə deputatlığa namizəd Elnur Rəhimov iştirak edirdi.

Tədbirdə həmçinin rayonda yerləşən idarə və təşkilatların nümayəndələri, rayonun ictimai-siyasi həyatında aktiv iştirak edən fəal qadınlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən danışıb, eyni zamanda, Prezidenti İlham Əliyev tərəfindən bütün sahələrdə həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edib.

Millət vəkili, deputatlığa namizəd Məlahət İbrahimqızı Azərbaycan qadınlarının tarixən tutduğu yoldan, Azərbaycanın şərəfli tarixində oynadıqları misilsiz xidmətlərdən və bugün respublikanın ictimai siyasi həyatındakı fəaliyyətlərində və Ulu Öndər Heydər Əliyevin əsasını qoymuş olduğu dövlət qadın siyasətindən və möhtərəm Prezident cənab İlham Əliyevin, eləcədə Birinci vitse Prezident möhtərəm Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dövlətin ailə, qadın və uşaq siyasətinin ilbəil daha da təkmilləşməsindən danışdı.

Deputalığa namizəd Məlahət İbrahimqızı milli qanunvericilikdə qadın hüquqları sahəsində qəbul olunmuş qanunlardan və ratifikasiya olunmuş beynəlxalq sənədlərdən danışdı. 21 Seçki Dairəsi üzrə deputatlığa namizəd Elnur Rəhimov ölkəmizdə son illərdə qərarların qəbulu səviyyəsində qadınların hakimiyyətin bütün qanadlarında irəli çəkilməsindən danışdı.

Daha sonra 22 saylı Nəsimi İkinci Seçki Dairəsi üzrə deputatlığa namizəd Sərraf Hüseynov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan qadınıa yüksək qiymət verilməsindən danışdı. Bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Bu gün qadınlar öz vətəndaş

mövqeyi, qadın hünəri ilə kişilərlə çiyin-çiyinə əmək fəaliyyətlərini davam etdirirlər. Azərbaycan qadınları tükənməz enerji və məhəbbətlə ömürlərinin şərəfli səhifələrini yaşamaqla bərabər, cəmiyyətdəki aktual problemlərin həllindən də kənarda qalmırlar. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ailələrin rifahına yönəldilmiş neçə-neçə uğurlu layihələr həyata keçirilməkdədir. Regionlara da sirayət edən bu reallıq fəal qadınların üzərinə düşən məsuliyyəti daha da artırır, onların qarşısında yeni vəzifələr qoyur. Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün örnəkdir.

Sonra 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi üzrə deputatlığa namizəd Elnur Rəhimov çıxış edərək, respublikamızda dövlət qadın siyasəti, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələrin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini, bunun nəticəsi olaraq, fevralın 9-da keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə layiqli qadın namizədlərin sayının kifayət qədər çox olduğunu və bu yöndə YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurası üzvlərinin də yaxından iştirak etdiklərini deyib.

Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi şəraitində davam edən tədbirdə çıxış edən dövlətə və dövlətçiliyə sadiq olan Nəsimi rayon qadınları Azərbaycanın daha da inkişafı naminə Partiyanın vahid namizədlərinə səs verəcəklərini ifadə etdilər.