Xəbərlər
Deputatlığa namizəd Eldəniz Səlimov aprel şəhidi Elvin Mirzəyevin ailə üzvləri ilə görüşüb
55 saylı Xaçmaz dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Eldəniz Səlimov aprel şəhidi Elvin Mirzəyevin ailə üzvləri ilə görüşüb.
Eldəniz Səlimov ailənin qayğıları ilə maraqlanıb, onlar fikir və arzularını dinləyib. O, dövlətimiz tərəfindən şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyini bildirib.