YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın deputatlığa namizədi Əliabbas Salahzadənin seçicilərlə ilk görüşü keçirilib

VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat kampaniyası çərçivəsində 27 saylı Sabunçu ikinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Əliabbas Salahzadənin DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ devizi altında seçicilərlə ilk görüşü keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Əliabbas Salahzadənin fəaliyyətini yüksək qiymətləndirərək, seçiciləri 09 fevral 2020-ci ildə keçiriləcək Parlament seçkilərinə gəlməyi və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırdı.

Tədbirdə deputatlığa namizəd Əliabbas Salahzadə ona göstərilən etimada görə Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə, Birinci Vitse Prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevaya və YAP Sabunçu rayon təşkilatının İdarə heyəyinə təşəkkürünü bildirərək, növbəti illər üçün Milli Məclisə üzv seçilərsə görəcəyi işlərdən, rayon üçün inkişaf proqramının həyata keçirilməsi ilə bağlı daim çalışacağını bildirib.