YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlament seçkiləri ilə bağlı YAP Bərdə rayon təşkilatı tərəfindən təbliğat kampaniyası çərçivəsində növbəti görüşlər keçirilmişdir

       Parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fatma Yıldırımın günün ilk yarısında Qaraqoyunlu, Ərəblər, Bala Ərəblər kənd seçiciləri, günün ikinci yarısında isə Həsənqaya, Qəhrəmanlı, Saatlı, Mirasəfli kənd seçiciləri ilə görüşü olmuşdur.  Görüşlərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı iştirak etmişdir.

        Görüşləri Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirmişdir ki, Yeni Azərbaycan Partiyası ötən dövr ərzində sübut etmişdir ki, partiyamız ümumxalq dəstəyi və etimadı qazanan Qələbələr Partiyasıdır. Əminik ki, Parlament seçkilərində də xalqımız Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək və partiyamız bu seçkilərdə də növbəti möhtəşəm uğurunu qazanacaqdır.

       Yeni Azərbaycan Partiyası tərəfindən 93 saylı Bərdə Şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fatma Yıldırım Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat vermişdir. O, qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyamız, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz günü-gündən inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır və bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik.  Fatma Yıldırım üzərinə düşəcək vəzifələri layiqincə yerinə yetirəcəyini bildirmiş və seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəal olmağa çağırmışdır. 

       Görüşdə Səbuhi Yusifov, Maqsud Behbudov, Bəhmən Həsənov, Yaşasəf Əliyev, Suliddin Musayev, Almaz Yusifova, Elçin Cəfərli, Səbuhi Həsənov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırımın 9 fevral Parlament seçkilərində qalib gələcəyinə əminliklərini ifadə etdilər.

 Fəqət Şadlinskaya seçiciləri  9 fevral tarixindəki Milli Məclisə seçkilər günündə fəallığa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırmışdır.

Sonda Fatma Yıldırım seçicilərlə söhbətlərini dialoq şəklində davam etdirmişdir.