YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasından 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsi üzrə Deputatlığa namizəd Kamran Bayramovun Kür qəsəbə seçiciləri ilə görüşü keçirilmişdir

Yanvarın 17-də 100 saylı Şəmkir-Daşkəsən Seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş  Bayramov Kamran Fərhad oğlunun  Kür qəsəbə seçiciləri ilə təbliğat-təşviqat kompaniyası çərçivəsində ilk görüşü keçirildi.

Görüşü giriş sözü ilə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirmişdir ki, Yeni Azərbaycan Partiyası seçkilərə möhtəşəm hazırlıq işlərini uğurla yekunlaşdırmış, bu dünən  səhər saatlarından başlayaraq təbliğat - təşviqat kampaniyası çərçivəsində həyata keçiriləcək tədbirlərin icrasına başlamışdır. YAP-ın mərkəzi seçki qərargahının rayon şöbələri əvvəlcədən müəyyənləşmiş qrafikə uyğun fəaliyyətə başlamış, Yeni Azərbaycan Partiyasının namizədlərinin təşviqat materialları bütün dairələr üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşmiş ünvanlarda yerləşdirilmiş, YAP-ın Milli Məclisin deputatlığına namizədlərinin  seçicilərlə görüşlərinə başlanmışdır.

Secicilərdən Ruhiyyə Rəfiyeva, Samirə Kazımova Fənarə Qəhrəmanova və başqaları öz növbələrində yekdil olaraq bildiriblər ki, YAP-ın 100 saylı Şəmkir-Daşkəsənseçki dairəsindən  irəli sürülmüş namizədini deputat olduğu dövrdə hər zaman insanlara xüsusi diqqət göstərib. Bu səbəbdən də seçicilər qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədinə səs verəcəklər.

Sonra çıxış edən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Bayramov Kamran Fərhad oğlu seçicilərə öz təşəkkürünü bildirib.

Kamran Bayramov bir daha qeyd edib ki, ötən beş il ərzində ona səs vermiş seçicilərin etimadını doğrultmağa çalışıb. K.Bayramov seçiciləri aktiv olmağa və fevralın doqquzunda məntəqələrə gedərək ən layiqli namizədə səs verməyə çağırıb və növbəti illər üçün Milli Məclisə üzv seçilərsə görəcəyi işlərdən, rayon üçün inkişaf proqramının həyata keçirilməsi ilə bağlı daim çalışacağını bildirib.

Tədbirdən  sonra namizədlə görüşən seçicilər bir daha Bayramov Kamran Fərhad oğlunun ötən beş  ildəki deputat fəaliyyətindən razılıqlarını bildiriblər və qəti şəkildə deyiblər ki, Azərbaycanı sabit və dinamik tərəqqi edən ölkə kimi idarə edən Prezident İlham Əliyevin Sədri olduğu, seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən YAP-ın namizədi Bayramov Kamran Fərhad oğluna  yenidən səs verəcəklər.