YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayon ağsaqqalları və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib

Ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar yanvarın 17-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın Bərdə  rayon ağsaqqalları və  Qarabağ müharibəsi əlilləri ilə görüşləri keçirilib.

Görüşləri YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirib ki, bu günə qədər keçirilən bütün seçkilərdə partiyamızın namizədlərinin qələbə qazanması, Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi xalqda partiyamıza və onun parlamentdəki təmsilçilərinə böyük rəğbət qazandırıb.

Görüşlərdə çıxış edən deputatlığa  namizəd Fatma Yıldırım ilk olaraq göstərilən etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. Fatma Yıldırım seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüş iştirakçıları isə seçicilərin 9 fevral parlament seçkilərində YAP-ın namizədi Fatma Yıldırıma səs verəcəklərini bildirib və onun  qalib gələcəyinə əminliklərini ifadə ediblər.