YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşlı mədəniyyət işçilərinin seçimi Cavid Osmanovdur

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Milli Məclisə seçkilərlə əlaqədar “Daha güclü Azərbaycan naminə” təbliğat-təşviqat kampaniyasını davam etdirir. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Cavid Osmanovun ağdaşlı seçicilərlə növbəti görüş mədəniyyət işçilərinin nümayəndələri ilə keçirildi.

Görüşü Təbliğat Qrupunun üzvü, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva açaraq Ağdaşda 9 fevralda keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkiər və bu seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanovun namizədliyinin yenidən irəli sürülməsi haqqında məlumat verdi.

Parlament seçkiləri haqqında danışan Təbliğat Qrupunun üzvü Sevgili İbrahimova çıxışında seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü rayonun mədəniyyət işçiləri ilə aparılan söhbətlər zamanı onların yüksək əhval-ruhiyyədə olmasını qeyd etdi. Sevgili İbrahimova əminliklə bildirdi ki, rayonun mədəniyyət işçiləri 9 fevralda yekdilliklə Yeni Azərbaycan Partiyasının namizədi, ağdaşlıları Milli Məclisdə ləyaqətlə təmsil edən partiyanın rayon təşkilatının sədri Cavid Osmanova səs verəcəklər. 

Daha sonra söz Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanova verildi. Çıxışı zamanı seçicilərinin dəfələrlə Cavid Osmanovu sürəkil alqışlarla alqışlamaları bu seçimin ağdaşlı seçicilərin ürəyincə olduğunun bariz nümünəsi idi. Cavid Osmanov öz seçicilərinə minnətdarlığını bildirərək Yeni Azərbaycan Partiyası tərəfindən ona yenidən böyük etimad göstərildiyini və ağdaşlı seçicilərlə birlikdə bu etimadı doğrultmağa çalışacağını qeyd etdi. Çıxışı zamanı Yeni Azərbaycan Partiyasının və onun sədri, cənab prezident İlham Əliyev tərəfindən ölkəmiz üçün görülən işlərdən bəhs edən Cavid Osmanov bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyini vurğuladı.

Görüşdə çıxış edən mədəniyyət işçiləri Seyfəddin Feyzullayev, Nişanə Yusifova,  Rafiq İsgəndərov və Camal Xəlilov Cavid Osmanovun savadlı, intellektli, yüksək idarəetmə qabiliyyətinə malik bir şəxs olduğunu, onu çox yaxşı tanıdıqlarını və bu seçimin Yeni Azərbaycan Partiyası tərəfindən çox düzgün bir qərar olduğunu qeyd etdilər. Görüşdə çıxış edənlər onların hər birinin  partiyanın təbliğatçısı olduqlarını  və seçki günü Azərbaycanı sabitlik adasına çevirən ölkə prezidenti cənab İlham Əliyevin sədri olduğu, seçkilərə  “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının yenidən irəli sürdüyü namizədi Cavid Osmanova səs verəcəklərini bəyan etdilər.

Sonda görüş iştirakçılarının xahişi ilə xatirə şəkilləri çəkdirildi.

 

 

DİGƏR Xəbərlər Arxiv