YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mətyu Brayzə: Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək

Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək.

Bu sözləri secki-2020.az saytına açıqlamasında Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə deyib.

O bildirib ki, islahatlar prosesinə töhfə vermək, yeni ideyalar gətirmək məqsədilə parlamentin buraxılmasına dair qəbul edilən qərar təqdirəlayiqdir. “Bu, çox stimulverici prosesdir və nümunəvi məqamdır. Beynəlxalq ictimaiyyətin də diqqəti Azərbaycandakı seçkilərə yönələcək. Düşünürəm ki, Azərbaycanda aparılan islahatlar ölkənin hərtərəfli inkişafına yeni təkan verəcək”, - deyə Mətyu Brayzə bildirib.