YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP İcra Katibliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransı keçirib (VİDEO)

Yanvarın 15-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov mətbuat konfransı keçirib.

 Mətbuat konfransında 2019-cu il ərzində 2019-cu il ərzində yerinə yetirilmiş işlər barədə ətraflı məlumat verilib.

S.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yol infrastrukturu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarşısında konkret tapşırıqlar qoyub. Onun sözlərinə görə, dövlət başçısının tapşırığına uyğun olaraq  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2019-cu il ərzində 1376,6 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. O cümlədən, respublika əhəmiyyətli 139,8 km, yerli əhəmiyyətli 908,8 km,  Bakı şəhəri üzrə 301,5 km, Sumqayıt şəhəri üzrə  26,5 km yol çəkilmişdir.

S.Məmmədov qeyd edib ki, 2019-cu il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 14 yeni körpü tikilmiş, 17 qəzalı vəziyyətə düşmüş körpü bərpa edilmiş, 7 yeraltı və 6 yerüstü piyada keçidində təmir işləri aparılmşıdır. Ümumilikdə 2019-cu il ərzində cənab Prezidentin imzaladığı sərəncamlara uyğun olaraq 54 layihə, o cümlədən 5 respublika əhəmiyyətli, 39 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri başa çatmışdır.

Bundan əlavə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına uzunluğu 43,8 km oln 3 Respublik əhəmiyyətli, uzunluğu 79,3 km olan 13 kəndlər arası avtomobil yolu layihəsi, habelə uzunluğu 197,6 km olan Bakı şəhər yollarının tikintisi, yenidən qurulması və təmiri işləri yerinə yetirilmişdir.

Ötən il  ərzində ümumilikdə Dövlət Agentliyi tərəfindən 128, 9 min ton bitum və 15,6 min ton mazut istifadə edilmiş, 2 343,0 min ton asfalt-beton istehsal edilmişdir. Asfalt-beton qarışıqlarının keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tövsiyəsini nəzərə alaraq, 78,1 ton bituma adgeziya qatqısı alınaraq asfalt-beton örtüyünün tikintisində istifadə edilmişdir.

Bakı şəhərinin avtomobil yolları ilə bağlı məlumat verən S.Məmmədovun sözlərinə görə, 2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301,5 km kilometr olan şəhər yolları yenidən qurulmuş və təmir olunmuşdur. O cümlədən, uzunluğu 103,9,0 km olan investisiya vəsaiti hesabına, uzunluğu 197,6 km olan “ Avtomobil Yolları” Məqsədli Büdcə Fondu vəsaiti hesabına aparılıb.

“Cənab Prezidentin imzaladığı Sərəncamlara uyğun olaraq yenidən qurulan aşağıdakı layihələr başa çatmışdır: Sabunçu rayonunda Zabrat-Maştağa yolu - “Savalan” yaşayış massivi (3,4 km), Sabunçu rayonu Bakıxanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yolu ( 5,1 km), Suraxanı rayonunda Hövsan qəsəbəsi ilə Zeytun sovxozunu birləşdirən avtomobil yolu ( 6,6 km),  Nərimanov rayonunda yenidən qurulan, uzunluğu 6,0 km olan Aşıq Molla Cümə küçəsinin və ona bitişik yollar və digər tədbirlər həyata keçirilib. Cənab Prezident tərəfindən əhali və yerli İcra Hakimiyyəti orqanları tərəfindən edilən müraciətlər nəzərə alınaraq, 2019-cu il ərzində Bakı şəhərinin Xəzər rayonu, Binəqədi rayonu, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi, Sabunçu rayonu ərazisində qəsəbə daxili yolların əsaslı təmiri üçün Sərəncamlar imzalamış və işlər sürətlə və keyfiyyətlə davam etdirilir. 2019-cu il ərzində Bakı şəhər yollarında 1019,4 min m2 sahədə asfalt-beton örtükdə cari təmir işləri də yerinə yetirilmişdir”-deyə, Dövlət Agentliyinin rəhbəri vurğulayıb.

Daxili investisiya hesabına yerinə yetirilən respublika əhəmiyyətli layihələrə gəlincə S.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2019-cu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərcləri hesabına Şirvan-Salyan avtomobil yolu (31 km, 2 hərəkət zolaqlı), Lənkəran-Lerik avtomobil yolu (51 km, 2 hərəkət zolaqlı), Cəlilabad-Yardımlı avtomobil yolunun Cəlilabad hissəsinin bərpası (34,8 km, 2 hərəkət zolaqlı) işləri başa çatdırılmış, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ( 92,0 km, 4 hərəkət zolaqlı), M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 132-197 km hissəsinin tikintisi( 60,0 km, 4 hərəkət zolaqlı) işləri davam etdirilmişdir.

Bundan əlavə Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər“ layihəsi çərçivəsində uzunluğu 2,0 km, eni 37,0 m olan Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə çıxışı təmin edilmiş və dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilmişdir.

Samur “(Azərbaycan Respublikası)" Yaraq Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərində avtomobil körpüsünün tikintisi başa çatdırılaraq 2019-cu il dekabr ayının 24-də Azərbaycan və Rusiya Federasiyasının rəsmilərinin iştirakı ilə açılış mərasimi keçirilmişdir.

Xarici kredit hesabına yerinə yetirilən layihələrə gəlincə, S.Məmmədov söyləyib ki, 2019-cu il ərzində xarici kredit vəsaiti hesabına M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130,15 km, 4 hərəkət zolaqlı), R-32 Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması (70,5 km, 2 hərəkət zolaqlı), M-5 magistral avtomobil yolunun Yevlax-Şəki hissəsinin yenidən qurulması (58,12 km, 2 hərəkət zolaqlı), R-32 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası (59.8 km, 2 hərəkət zolaqlı) layihələri üzrə işləri davam etdirilmişdir.

Daha sonra S.Məmmədov jurnalistlərin suallarını cavablandırmışdır.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv