YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi keçən il 808 milyon dollara yaxın olub

2019-cu ildə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 808 milyon dollara yaxın olub.

Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, il ərzində Azərbaycandan bu ölkəyə 340,5 milyon dollarlıq məhsul ixrac olunub. Hesabat ilində Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 467,1 milyon dollar təşkil edib.

Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə Rusiyadan sonra ikincidir.