YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Siyasət Akademiyası “Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və Azərbaycan dövlətinin sosial-iqtisadi islahatlar siyasəti” mövzusunda növbəti kursu təşkil edib

Yanvarın 11-də Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və Azərbaycan dövlətinin sosial-iqtisadi islahatlar siyasəti” mövzusunda növbəti kursu təşkil edib.

Tədbiri giriş sözü ilə açan kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar müsbət nəticələrini verməkdədir. Onun sözlərinə görə, bu nəticələr Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti sayəsində qazanılıb və məqsəd Azərbaycan xalqının rifahının daha da yüksəldilməsidir.

Daha sonra Milli Məclisin deputatı Tahir Mirkişili “ Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti və onun tətbiqi mexanizmləri” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, bu gün ölkəmizdə mühüm sosial-iqtisadi islahatlar həyata keçirilir və uğurlu nəticələr də göz qabağındadır. İqtisadi sabitliyin təmin olunması, qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatı məhsulları istehsalının genişləndrilməsi, ixracın artırılması, yeni iş yerlərini açılması - bütün bunlar ölkə Prezidentinin elan etdiyi hədəflərdir və bu hədəflər üzrə müsbət nəticələr əldə edilib. Görülən işlər yürüdülən iqtisadi siyasətin effektivliyi və ölkədə yaradılmış əlverişli sahibkarlıq mühitinə öz bəhrələrini verir

Daha sonra mühazirə ilə çıxış edən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev çıxış edərək bildirdi ki, Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev son 16 ildə ölkəmizdə islahatlar kursunu daha da dərinləşdirib. 2003-cü ildən bəri Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin inkişafının ardıcıllığını təmin etmək, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini gücləndirmək məqsədilə yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir.

Daha sonra kursda iştirak edən gənclərin sualları cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək.

Layihənin sonunda isə kurslarda iştirak edən gənclərə sertifikatlar təqdim olunacaq.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv