YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nəsimi rayon təşkilatında Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin nümayəndələri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında, eləcə də ərazi ilk partiya təşkilatlarında il ərzində əlamətdar tarixi günlərdə və bayramlarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşlərin keçirilməsi, onların problem və qayğılarının öyrənilməsi və müvafiq dəstəyin verilməsi ənənəyə çevrilib. Bu ənənəyə sadiq qalaraq, YAP Nəsimi rayon təşkilatı və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə ərazi ilk partiya təşkilatı tərəfindən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni Il münasibətilə bayram tədbiri keçirilib.

Tədbir YAP Nəsimi rayon təşkilatının binasında keçirilib. Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədrinin birinci müavini,  ərazi ilk partiya təşkilatının sədri Anar Quliyev və YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək respublikamızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərin ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsi ilə bağlı dövlət siyasəti haqqında ətraflı məlumat veriblər. Natiqlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlər, son illərdə həyata keçirilən köklü islahatlar haqqında ətraflı bəhs ediblər.

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri  söz alaraq, onlara göstərlilən dövlət qayğısının, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin sosial problemlərinə,eləcə də əhalinin həssas qruplarına onun diqqətinin və qayğısının xalq tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıblar.

Sonda təşkilatçılar tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə  bayram sovqatı paylanıb.

DİGƏR Partiya xəbərləri Arxiv