YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Vladimir Putinin Türkiyəyə səfəri Cənubi Qafqazdakı proseslərə təsir baxımından əhəmiyyətlidir

«Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Cənubi Qafqazdakı proseslərə təsir baxımından əhəmiyyətlidir». Bu fikri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu səfər çərçivəsində on sənəd imzalanıb ki, nəticə etibarı ilə iki dövlətin münasibətlərini daha da yüksək səviyyəyə qaldırır.  Onun fikrincə, bu iki dövlətin münasibətləri yaxşılaşdıqca, Cənubi Qafqaz regionundakı problemlərin həllinə, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsirsiz qala bilməz.

«Çünki, Ermənistanın özündə bir çox siyasi dairələr böyük narahatlıq hissi keçirirlər ki, onların müttəfiq hesab etdikləri Rusiya ilə düşmən hesab etdikləri Türkiyənin münasibətləri daha da inkişaf edir. Bu gün bir çox erməni ekspertləri bu yaxınlaşmadan narahatdır və həyəcan təbili çalırlar. Onların fikirlərinə görə, hadisələrin bu inkişafı elə bir nəticəyə çıxaracaq ki, Rusiya Türkiyənin xahişini yerinə yetirəcək. Yəni, Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə loyal münasibət bəsləyə bilər. Rusiya-Türkiyə münasibətlərinin inkişafı prinsip etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə müsbət təsir göstərə bilər»- deyə, politoloq qeyd edib. 

 

DİGƏR Xəbərlər Arxiv