YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin üzvləri seçicilərə bukletlər paylayıblar

Dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı YAP Yevlax rayon təşkilatı təbliğat kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində YAP Yevlax rayon təşkilatının Gənclər Birliyi Yeni Azərbaycan Partiyasının “Xalq üçün” şüarı ilə başladılmış seçki proqramını əks etdirən bukletləri Yevlax şəhər ictimayyətinə paylayıblar.

Gənc fəallar Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş uğurlardan danışıb, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə, səsvermə günü seçki məntəqələrinə dəvət ediblər.