YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ağstafa rayonunun Kolxəlfəli, Pirili, Düzqışlaq və Xılxına kəndlərində seçicilərlə görüş keçirilib

Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Kolxəlfəli, Pirili, Düzqışlaq və Xılxına kəndlərində seçicilərlə görüş keçirib.

Çıxış edən YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumat verib, seçkilərin  təbliğat kampaniyasının uğurla davam etdirildiyini söyləyib. R.Tatarov Azərbaycanda ötən dövr ərzində bələdiyyə institutunun formalaşdığını və təkmilləşdiyini bildirib. Təşkilat sədri  qarşıdan gələn bələdiyyə seçkilərində gənc və xanım namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib. YAP-ın yarandığı vaxtdan bütün seçkilərdə qələbə qazandığını deyən R.Tatarov qarşıdan gələn bələdiyyə seçkilərində də inamlı qələbə qazanacağını söyləyib. O, dekabrın 23-də seçiciləri partiyamızın namizədlərinə səs verməyə çağırıb.

Tədbirdə digər çıxış edənlər də seçiciləri seçki günü fəal olmağa  olmağa və YAP-ın namizədlərinə səs verməyə dəvət ediblər.