YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dövlətimizin başçısına sərgi haqqında məlumat verdi. Bildirildi ki, bu il sərgidə yerli şirkətlərlə yanaşı, dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var. 
Dövlətimizin başçısı sərgidəki milli və xarici pavilyonlarla tanış oldu.
Prezident İlham Əliyev sərgidə “Euronews” telekanalının müxbirinə müsahibə verdi.
Azərbaycan Prezidenti sərginin iştirakçılarına uğurlar arzuladı.