YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib

Dekabrın 17-də YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Rauf Əliyev, Cavid Osmanov, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü  Seymur Orucov, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, ilk dəfə səs verən Milli Aviasiya Akademiyasının tələbəsi Aytən Cəlilova və Abşeron Peşə Litseyinin tələbəsi Pərvin Mərdiyev çıxış ediblər.

Çıxışlarda cəmiyyətin, millətin, dövlətin mövcudluğu, inkişafı və yaşamının gənclikdən asılı olması qeyd olunub. Bu baxımdan, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılı olması bildirilib.

Vurğulanıb ki, Azərbaycanda gənclərin dövlətin gələcək həyatında müstəsna rola malik olması və aparıcı qüvvəyə çevrilməsi istiqamətində məqsədyönlü siyasət yürüdülür.

Gənclər qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.