YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: Sənayenin inkişafı baxımından ölkəmizdə sənaye məhəllərinin yaradılması mühüm yer tutur

«2014-cü il ərzində sənaye sahəsi ilə bağlı  ölkəmizdə bir çox işlər görülüb. Bu işlər hazırda da davam etdirilir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, sənayenin inkişafı baxımından sənaye məhəllərinin yaradılması mühüm yer tutur. Onun sözlərinə görə, dövlət başçısının bununla bağlı sərəncamı xüsusi əhəmiyyət kəsb edir.

«Sənaye məhəllələrinin yaradılmasında əsas məqsədlərdən biri sahibkarlara kömək etməkdir. Eyni zamanda, bu amil qeyri-neft sektorunun inkşafında vacib yer tutacaq. Sənaye ili ilə əlaqədar Azərbaycanda müəyyən qədər işlər görülüb. Təbii ki, gələcək illərdə Azərbaycanda yeni sənaye sahələri yaradılacaq və məhəllərinin reallaşdırılması prosesi həyata keçiriləcək»- deyə, komitə üzvü qeyd edib.