YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana işgüzar səfərə gəlib

Dekabrın 1-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini hava limanında Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.