YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Trayan Beseskuya təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Trayan Beseskuya Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Azərbaycan ilə Rumıniya arasındakı münasibətlər bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən sıx dostluq əlaqələri bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün əlverişli zəmindir.
Ümidvaram ki, Azərbaycan-Rumıniya dostluğu, qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və rifah arzulayıram.”