YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: "Öz bioqrafiyalarına baxıb xəcalət çəksinlər"

Bu gün Azərbaycan iqtidarının xarici siyasətdə qazandığı uğurlar göz qabağındadır. Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, Azərbaycanın bugünkü iqtisadi inkişafı, region və dünya ölkələri üçün əhəmiyyətinin getdikcə artması, beynəlxalq təşkilatlarla əməkdaşlığının və ayrı-ayrı dövlətlərlə ikitərəfli tərəfdaşlığının yüksək səviyyədə inkişaf etməsi, aparıcı dünya dövlətləri ilə strateji tərəfdaş həddinə gəlib çıxması, o cümlədən BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi və bir çox məsələlərlə bağlı açıq siyasi iradə ortaya qoyması ölkənin xarici siyasətinin uğurlarıdır:

Onun sözlərinə görə, bütün bunlar beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən nəzərə alınır və buna uyğun olaraq mövqelərini qururlar: "Bu gün dünya ölkələrinin Azərbaycanla münasibət qurmağın qarşılıqlı faydalı olduğunu nəzərə alması Azərbaycanın əhəmiyyətini görərək atılan bir addımdır. Bu fikri səsləndirənlər təbii ki, bunun yalnız Azərbaycan üçün deyil, öz ölkələri üçün də faydalı olduğun nəzərə alaraq edirlər”.

Vitse-spiker əlavə edib ki, bu gün Azərbaycanın xarici siyasətinin uğursuz olmasından danışan adamlara, onların təmsil etdiyi düşərgəyə baxsaq aydın şəkildə görərik ki, onlar, ümumiyyətlə, həyatda uğur adında nəsə qazanmamış insanlardır və öz uğursuzluqlarını və bundan qalan kompleksi ört-basdır etmək üçün başqalarının ünvanına bu cür fikirlər səsləndirirlər: “Gedib öz bioqrafiyalarına baxsınlar və o bioqrafiyadakı fəaliyyətlərindən və onun nəticələrindən xəcalət hissi keçirsinlər. Özləri Azərbaycanda qısa bir müddətdə iqtidarda olduqları vaxtda ölkəni ən ağır duruma saldılar və biz hələ də bunun acısını yaşayırıq. Ona görə də onların səsləndirdiyi fikirləri səmərəsiz, cəfəngiyyat, vəziyyətlərinin çıxılmazlığından yaranan bir hay-küy kimi qəbul edirəm”.