YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərmivəsində rayonun Xəsili, Qazaxlar, Lənbəran kəndlərinin seçicilərilə görüş keçirilib. Görüşdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü Fuad Ağayev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası ötən dövr ərzində qələbələr partiyası olduğunu sübut edib: “Əminik ki, "Xalq üçün" şüarı ilə getdiyimiz bələdiyyə seçkilərində də xalqımız Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək və partiyamız bu seçkilərdə də növbəti möhtəşəm uğurunu qazanacaq”.

Tədbirdə YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Raqub Yunisov, Liza Cabbarova, Xəsili, Qazaxlar, Lənbəan bələdiyyələri üzrə namizədlərdən İkram Ziyadov, Afərim Səlimova, Nazim Eyvazov, Şölə Qasımova, Yusif Məmmədov, seçicilərdən Aidə Ziyadova, Vidadi Əliyev çıxış ediblər. Natiqlər seçiciləri 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Qeyd edək ki, təbliğat kampaniyası çərçivəsində rayonun  Xanərəb və Əmirli kəndlərinin  seçiciləri ilə də görüş keçirilib.