YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında Nərimanov rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və 150-ə yaxın ilk dəfə səs verəcək gənclər iştirak ediblər. Çıxış edən  YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, tədbirin keçirilməsində məqsəd gənclər arasında seçkilərdə iştirakı, eləcə də ilk dəfə səs verən gənc seçicilər arasında fəallığı təmin etməkdir T. Tağıyev çıxışında Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını, partiyamızın  Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafına mühüm töhfələr verdiyini söyləyib. Bütün bunlar da xalqımızın partiyamızı  dəstəkləyəcəyinə və onun namizədlərinə səs verəcəyinə təminat verdiyini qeyd edib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə çıxışında bildirib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gənclərin bütün arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə regionun lider dövlətinə çevrilib, ölkəmiz bütün sahələr üzrə dinamik inkişaf edib: “Eləcə də, vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artırılır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi etibarlı  tərəfdaş qismində qəbul edir. Bu uğurların davamı naminə hər bir Azərbaycan gənci 23 dekabrda Yeni Azərbaycan Partiyasının namizədlərinə  səs verməlidir”.

Digər çıxış edənlərdən bələdiyyə üzvlüyünə namizəd Tamerlan Əkbərov və seçkilərdə ilk dəfə səsvermə hüququ qazanan gənc Nuray Süleymanova Azərbaycanın demokratik dövlət olduğunu söyləyib və qarşıdan gələn bələdiyyə seçkilərinin azad və şəffaf keçiriləcəyinə əminliyini ifadə ediblər.