YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək

Bu ilin dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Qaradağ rayonunda da mütəmadi tədbirlər keçirilir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş rayonun Ümid qəsəbəsində oldu. YAP Qaradağ rayon təşkilatının aparat rəhbəri Hacı İbrahimov çıxış edərək partiya tərəfindən bələdiyyə üzvülüyünə namizədliyi irəli sürülmüş nümayəndələr barədə ətraflı məlumat verdi.

 Qeyd olundu ki, uzun illər boyu xalqın etimadını əməli fəaliyyəti ilə doğruldan partiyamızın üzvləri bu seçkidə də ənənəsinə sadiqliyini ilə qorumaq əzmindədirlər. Bu səbəbdən də namizədlərimizə dəstəkləməklə onlara səs verəcəyiniz təqdirdə arzu və istəyinizin reallaşacağına əmin ola bilərsiniz. Çünki partiyamızın alı məqsədi dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin bütün sahələr üzrə dinamik inkişaf etdirilməsi və xalqımızın sosial şəraitinin durmadan yüksəldilməsidir.

YAP rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş şəxslər platformaları barədə seçicilərə geniş məlumat verərək onların çoxsaylı suallarını cavablandırdılar.

Çıxış edən seçicilər növbəti bələdiyyə seçkilərində də YAP tərəfindən irəli sürülmüş namizədləri yekdil səslə dəstəkləyəcəklərini bildirdilər. Çünki bu partiyanın ölkəmizdə analoqu olmayan siyasi qüvvə olduğunu yaxş bilir və fəaliyyətini daim yüksək qiymətləndirirlər.