YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Müriel Peneveyre: Kütləvi şəkildə ağac əkilməsi atmosferin oksigenlə zənginləşməsinə öz təsirini göstərəcək

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü təqdirəlayiqdir.

Bunu İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Müriel Peneveyre deyib.

O bildirib ki, 650 min ağacın əkilməsi atmosferdə olan külli miqdarda karbon qazının udulmasına, atmosferin oksigenlə zənginləşməsinə öz təsirini göstərəcək.

“Kütləvi şəkildə ağac əkilməsi bioloji müxtəlifliyin artırılmasına da müsbət təsir edəcək. Ağacların əkilməsi torpağın rütubətliliyinin qorunmasına imkan verir, torpağın rütubətliliyinin qorunması səhralaşma prosesinin qarşısını alır, nəticədə torpağın biomüxtəlifliyi artır. Bu təşəbbüsə qoşulmaqla mən də təbiətə az da olsa, öz töhfəmi verdim”, - deyə səfir Müriel Peneveyre qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv