YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Şəmkir rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar görüş keçirilib

23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Şəmkir rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Şəmkir şəhəri üzrə seçicilərlə görüş keçirilib.

Görüşü Yeni Azərbaycan Partiyası Şəmkir rayon Seçki Qərərhagının eyni zamanda, Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülmüş işlərdən, dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də, gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən danışmışdır.

      F.Vəliyev həyata keçirilən irimiqyaslı layihələrin, məhz Yeni Azəbaycan Partiyasının və onun Sədri, ölkə Prezidenti İlham Əliyevin adıyla bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qarşısında baş verdiyini seçicilərin diqqətinə çatdırıb.   YAP  tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirərək, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmağa çağırıb.

      Görüşdə çıxış edən təbliğat qrupunun üzvü Məcid Şıxılıniski  bildirib ki, Şəmkir rayonunda rayon sakinlərinin YAP-a, partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevə inamı çox güclüdür.«Şəmkirlilər bu inamı keçirilən bütün seçkilərdə nümayiş etdirmişlər. Zəngin seçki təcrübəsinə malik olan rayonumuzda bütün seçki proseslərində hər zaman yüksək seçici fəallığı nümayiş olunubdur. Əminliklə deyə bilərik ki, bələdiyyə seçkiləri də rayonumuzda uğurla keçəcək, seçicilərimiz Yeni Azərbaycan Partiyasının namizədlərinə böyük dəstək olacaq və onlara səs verəcəklər.
      Yeni Azərbaycan Partiyası tərəfindən Şəmkir bələdiyyəsi üzvlüyünə namizədlikləri irəli sürülən 15 nəfər adından çıxış edən Vüqar  Həsənov  onlara YAP tərəfindən göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib və bu etimadı öz əməli işləri ilə doğruldacaqlarını bəyan edib.