YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Yeni çağırışlar qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini, parlamentin yeniləşməsini zəruri edir

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müasir dövrün tələbləri səviyyəsində qurulan daxili və xarici siyasəti Azərbaycanın ardıcıl və dinamik inkişafını təmin edir. Ulu Öndər Heydər Əliyevin başladığı işlərin yeni çağırışlar şəraitində yaradıcı şəkildə davam etdirilməsi Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirmişdir”. Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib. 

O.Əsədov bildirib ki, cənab Prezident tərəfindən həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanmaqdadır.
“Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri, digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini, parlamentin yeniləşməsini zəruri etmişdir. Bildiyiniz kimi, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri Milli Məclisin xüsusi iclasının çağırılması barədə müraciət etmişlər. Yeri gəlmişkən, qeyd edim ki, bu müraciətə mən də qoşuluram. Azərbaycan Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti vardır”-deyə, spiker vurğulayıb.