YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Parlamentin yenilənməsində təcrübəli, nüfuzlu insanların və yüksək ixtisaslı gənc kadrların deputatlığa namizədliklərinin irəli sürülməsi məqsədəmüvafiqdir

“Noyabrın 28-də ölkəmizin aparıcı siyasi qüvvəsi olan  və Milli Məclisdə 69 deputatla təmsil olunan Yeni Azərbaycan Partiyasının Siyasi Şurası cənab Prezidentin  həyata keçirdiyi   düşünülmüş  siyasətə  Parlamentin töhfəsini artırmaq məqsədi ilə Milli Məclisin  buraxılması  və növbədənkənar  seçkilərin  keçirilməsi təşəbbüsü ilə  çıxış etmişdir. Əlbəttə, bu təşəbbüs heç də təsadüfi olmamışdır. Belə ki, Milli Məclisin üzvləri olan deputatlar qanunvericilik fəaliyyəti ilə yanaşı həm də  çox nüfuzlu müxtəlif beynəlxalq təşkilatlarda  Azərbaycan Respublikasını təmsil edir, ölkəmizin siyasi və sosial-iqtisadi sahədə, beynəlxalq əlaqələrdə  qazandığı uğurların   təbliği və təşviqi ilə də məşğul olurlar. Digər tərəfdən Dağlıq Qarabağ  məsələsində hörmətli Prezidentimizin irəli sürdüyü informasiya müharibəsində hücum taktikasından məharətlə istifadə olunmasının vacibliyi də beynəlxalq təşkilatlarla və sosial şəbəkə ilə ən çox əlaqədə olan Milli Məclis üzvlərinin üzərinə böyük öhdəliklər qoyur”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov parlamentin bu gün keçirilən iclasında deyib.

E.İbrahimov bildirib ki, bu vəzifələrin öhdəsindən  layiqincə gəlmək üçün Milli Məclisin daha yüksək intellektə malik, çağdaş dünyamızın müasir çağırışlarına mükəmməl biliyi və bacarığı, çox aktiv fəaliyyəti  ilə seçilən, müəyyən təcrübə toplamış  gənc  nəslin nümayəndələri ilə formalaşması zərurəti yaranmışdır. Onun sözlərinə görə, təhsil sahəsində ölkəmizdə uğurla həyata keçirilən siyasət nəticəsində həm ölkədaxili və həm də xarici ölkələrin nüfuzlu universitetlərini bitirmiş yüksək ixtisaslı kadrlar yetişmişdir. Bu kadrların masir bilik  və bacarığından,intellektindən  son vaxtlar icra və məhkəmə hakimiyyətində uğurla istifadə olunur, xalqımız və dövlətimiz üçün uğurlu nəticələr əldə olunur. Dövlət başçısının  deputatlar sırasından bacarıqlı və səriştəli  mütəxəssisləri icra orqanlarında  yüksək vəzifələrə təyin etməsi də bu siyasətin tərkib hissəsidir. Eyni zamanda, bu və digər səbəblərdən Milli Məclis deputatlarının sayının 125-dən 117–yə düşməsi bəzi məsələlərin həllində Parlamentin işinin təşkilində müəyyən çətinliklər yaradır.

“Bütün bunları nəzərə alaraq hesab edirəm ki, ölkəmizdə yaradılmış yüksək intellektə malik kadr potensialından  vaxtında və daha səmərəli istifadə etmək, icra və məhkəmə hakimiyyəti orqanlarında son vaxtlar baş verən dərin islahatlara adekvat olaraq qanunverici orqan olan Milli Məclisdə də müvafiq dəyişikliyin aparılmasını zəruri edir və məsələni bir il gözləməklə  yubatmağa ehtiyac yoxdur. Ona görə də mən YAP Siyasi Şurasının   müvafiq qərarını dəstəkləyirəm və Parlamentin yenilənməsində təcrübəli, nüfuzlu   insanların və yüksək ixtisaslı  gənc kadrların  deputatlığa   namizədliklərinin irəli sürülməsi məqsədəmüvafiqdir”-deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv