YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nərimanov rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına uğurla start verib

Məlum olduğu kimi, dekabrın 23-də keçiriləcək bələdiyyə  seçkisinin təbliğat-təşviqat mərhələsinə start verilib. Ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası (YAP) bütün seçki proseslərində olduğu kimi, budəfəki bələdiyyə seçkilərinə də yüksək fəallıqla başlayıb.

Təbliğat-təşviqat kampaniyasına “Xalq üçün” şüarı ilə start verilib. Bu proseslə əlaqədar YAP Nərimanov rayon təşkilatı da səfərbər olunub.
Artıq YAP Nərimanov rayon təşkilatının fəalları Nərimanov bələdiyyəsi üzrə partiyanın namizədlərinin təbliğat-təşviqat plakatlarının müvafiq ərazilərdə yerləşdirilməsi işini uğurla həyata keçirib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, təşkilatın fəalları 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci və 18 saylı Nərimanov-Nizami seçki dairələri üzrə təşviqat materiallarını müvafiq yerlərə yapışdırıblar. “Biz inanırıq ki, seçki kampaniyası uğurla başa çatacaq və partiyamız  növbəti dəfə seçkilərdə parlaq qələbə qazanacaq”, - deyə T.Tağıyev vurğulayıb.