YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb

Prezident İlham Əliyev noyabrın 22-də “Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 500 min manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.