YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib

YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının

27-ci ildönümü qeyd edib.  Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstləri qoyublar.

Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova partiyanın 27 illiyinə həsr olunmuş "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi.

         Təşkilat sədri qeyd edib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi  ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Bildirilib ki, qısa müddətdə mühüm tarixi vəzifələri uğurla yerinə yetirən Ümummilli Lider Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək dirçəliş, tərəqqi yoluna çıxardı.

Tədbirdə həmçinin, YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Rəmzi Şirinov, partiya veteranı  Bəhruz Kərimov və digərləri çıxış edərək partiyanın yaranma tarixi, bugünkü fəaliyyəti və gələcək perspektivləri barədə fikirlərini bildiriblər.

Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi layihələr, proqramlar barədə məlumat verib, ölkəmizdə qazanılan uğurlardan danışıb.

         Sonda rayonun ictimai-siyasi həyatında daha fəal iştirak edən bir qrup partiya fəalına hədiyyələr verilib və partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.