YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadova III dərəcəli dövlət ədliyyə müşaviri, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti rəisinin müavini Orxan Qasımova isə ədliyyə general-mayoru ali xüsusi rütbələri verilib.