YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə Neftçi İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının  yaradılmasının 27-ci ildönümü münasibətilə Neftçi İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib.

Qeyd edək ki,  YAP rayon təşkilatlarında çalışan gənclərlə Azərbaycanın bir qrup futbol veteranı yoldaşlıq oyununda görüşüblər. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyun veteranların 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Veteranlar oyunçulardan Mahmud Qurbanov və Rəcəb Fərəczadə hər biri iki dəfə fərqləniblər. Digər qolun müəllifi isə Bəxtiyar Musayev olub.

YAP gənclərindən isə qolların müəllifləri Nəsimi Mehdiyev, Vüsal Əliyev və İlqar Quliyev (2 qol) olub.

Qeyd edək ki, Asif Əliyevin rəhbərlik etdiyi veteran futbolçulardan ibarət komandada bundan başqa Zaur Ramazanov, Hüseyn Məhəmmədov, Samir Əliyev, Emin Quliyev,  Alim Qurbanov və digərləri iştirak ediblər.