YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub

Noyabrın 21-də YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib.

Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə YAP Gəncə şəhər təşkilatının məsul işçiləri, partiya veteranları və fəalları iştirak ediblər.

YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Orxan Əhmədov çıxış edərək, Azərbaycanın müasir siyasi tarixinin ən şərəfli hadisələrindən biri olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib, partiyanın yaranmasından, Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandığından, bu illər ərzində partiyanın əldə etdiyi nailiyyətlərdən danışıb.

YAP Gəncə şəhər təşkilatının İdeoloji şöbəsinin Baş məsləhətçisi Hüseyn Budaqov çıxışında qeyd edib ki, Azərbaycan bu gün tamamilə müstəqil siyasət yürüdən, öz sözü, mövqeyi, prinsipial xarici siyasəti olan dövlətdir.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Kamran Abbasov ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan gənclər siyasətindən danışıb, xalqına, dövlətinə bağlı Azərbaycan gəncliyinin hakim partiyanın sıralarında cəmləşdiyini vurğulayıb.

DİİXİ Hİ Gəncə Şəhər Komitəsinin sədri Ülviyyə Vəliyeva, Gəncə Dövlət Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarov, Xalq artisti Məmmədəli Balayev çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurulmasında və respublikamızın inkişafında Yeni Azərbaycan Partiyasının əvəzsiz xidmətlərindən danışıblar.