YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlər haqqında məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.