YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib

“1992-ci ilin noyabr ayının 21-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ili tamam olur. Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçmişdir”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, hazırda Yeni Azərbaycan Partiyası respublikamızın ən aparıcı siyasi partiyasıdır və bu partiya Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır. Onun sözlərinə görə, bu gün  Yeni Azərbaycan Partiyasının sıralarında olan 740 mindən çox üzvü ölkəmizin ictimai-siyasi həyatında, ölkə iqtisadiyyatının bütün sahələrində, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəal surətdə iştirak edirlər.

“Yeni Azərbaycan Partiyası yarandıqdan sonra iştirak etdiyi bütün seçkilərdə qalib gəliblər. 23 dekabr 2019-cu il tarixdə ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Əminəm ki bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının nümayəndələri seçicilərin əksəriyyətin səsini qazanaraq qalib olacaqlar. Yeni Azərbaycan Partiyasının yaranması günü münasibəti ilə partiya üzvlərini təbrik edir onlara işlərində yeni- yeni uğurlar arzu edirəm”-deyə, R.Əliyev vurğulayıb.