YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur

“Yeni Azərbaycan Partiyasının yaradılması 1990-cı illərin əvvəlindəki gərgin ictimai-siyasi şəraitdən qaynaqlanır. Həmin dövrdə baş verən məlum hadisələr ölkəni dərin böhranlı vəziyyətə gətirib çıxarmışdı. O zamankı hakimiyyətin yarıtmaz fəalliyyəti ölkədəki vəziyyəti daha da gərginləşdirirdi. Həmin dövrdə bütün diqqət Ulu Öndər Heydər Əliyevə yönəlmişdi. Partiyanın yaradılmasına Ulu Öndəri ölkəmizi çətin şəraitdən çıxarmaq üçün hakimiyyətə gətirməyin yolu kimi baxılırdı. Sevindirici haldır ki, tarix Ümummilli Liderə və Onun yaratdığı partiyaya etimadı təsdiq etdi”. Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümünə həsr olunmuş təntənəli toplantıda deyib.

Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan dünyada öz yeri, nüfuzu olan dövlət kimi tanınır. Onun sözlərinə görə, Azərbaycan hazırda dünyada ən sabit və təhlükəsiz ölkələrdəndir. 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur.

YAP-ın sıralarında 750 min nəfərə qədər üzvün birləşdiyini deyən Əli Əhmədov söyləyib ki, Azərbaycanın tarixində heç zaman bir partiyanın tərkibində bu sayda üzv olmayıb. Lakin partiyamız təkcə bu sayla fəxr etmir. Eyni zamanda, partiya üzvləri ölkəmizin inkişafına töhfə vermək əzmindədirlər. Bu isə Ulu Öndər Heydər Əliyevin ideyalarına olan inamdan irəli gəlir. Onun sözlərinə görə, ötən dövr ərzində partiyamız Azərbaycan xalqına ləyaqətlə, şərəflə xidmət edib. İqtidarda olduğu 26 il ərzində YAP-ın və onun liderlərinin ölkəmizə rəhbərlik etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan qarşısında duran bütün əzəmətli vəzifələri yerinə yetirib. Ölkəmiz simasını kökündən dəyişib, Azərbaycan dünyada, o cümlədən regionda mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib, beynəlxalq miqyasda nüfuzu artıb. Bu gün dünyada Azərbaycan hörmətlə adı çəkilən ölkələr sırasındadır. Bu nailiyyətlərin əldə edilməsi bilavasitə YAP-ın liderlərinin müəyyənləşdirdiyi siyasətin nəticəsidir.
Əli Əhmədov bildirib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.

Baş nazirin müavini deyib ki, bu yaxınlarda keçirilən rəy sorğuları da təsdiqləyir ki, ölkə əhalisi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir. Əli Əhmədov söyləyib ki, YAP bundan sonra da uzun illər Azərbaycan xalqına şərəflə xidmət edəcək.

“Uzun illər Azərbaycan vətəndaşları YAP iqtidarının faydasını görəcək və onun siyasətinə xidmət edəcək. Azərbaycan vətəndaşları ötən illərin təcrübəsi əsasında qəti əmin olublar ki, YAP-ın mövcudluğu, onun liderinin Azərbaycana rəhbərlik etməsi əmin-amanlıq, sabitlik, inkişaf, tərəqqi, insanların rifahının yüksəlməsi, milli maraqların qorunması, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artması, müasirləşməsi, yeniləşməsi deməkdir. YAP-ın tarixi keçmişi nə qədər əzəmətli və möhtəşəmdirsə, gələcəyinin daha da parlaq olacağına əminliklə inanırıq. YAP-ın sıralarında birləşən əzəmətli siyasi güc bu inamı reallığa çevirəcək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.