YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: YAP xalqın böyük əksəriyyətinin etimadını qazanmaqla avanqard siyasi qüvvəyə çevrilib

“Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. YAP qısa müddət ərzində xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilati struktur kimi avanqard siyasi qüvvəyə çevrilib. Bu isə dünənin, bu günün və gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir”. Bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Kamilə Əliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası milli dövlətçilik ənənələrinin formalaşmasında həlledici rol oynayaraq, xalqın sevgisi və dəstəyi ilə ümumxalq partiyasına çevrilib: “Çox zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan YAP 27 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu bu partiya qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi qüvvəsinə çevrilib”.
Deputat vurğulayıb ki, partiyanın ötən 27 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır: “Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP-ın cəmiyyətdə nüfuzunun artmasında, sıralarının genişlənməsində bu amilin rolu inkaredilməzdir. Partiyanın sıralarının gündən-günə genişlənməsinin səbəbi də ondadır ki, bu partiyanın yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyev olmuşdur. Partiyanın nüfuzu ondadır ki, bu siyasi birliyə hazırda Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir”.
“Bu gün öz sıralarında 750 mindən çox partiya üzvünü birləşdirən Yeni Azərbaycan Partiyası güclü, mütəşəkkil, cəmiyyətdə böyük nüfuza, monolit birliyə malik siyasi qüvvədir” – deyən Kamilə Əliyeva əlavə edib ki, qısa müddətdə YAP Azərbaycanın müstəqilliyinin təminatçısı kimi özünü doğruldaraq, respublikamızın bugünkü inkişaf səviyyəsinə çatmasına böyük töhfələr verib.