YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Yeni Azərbaycan Partiyası ötən 27 ildə böyük inkişaf yolu keçmiş partiyadır

“Yeni Azərbaycan Partiyası ötən 27 ildə böyük inkişaf yolu keçmiş partiyadır”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları, qətiyyəti və uzaqgörənliyi ilə yaradılan YAP ölkmizin ictimai-siyasi həyatına daxil olması ilə Azərbaycanın tarixində yeni bir dövrün başlanğıcını qoydu. Partiya yaradılandan sonra  Ulu öndər YAP sədri Heydər Əliyevin ətrafına nüfuzlu, hörmətli insanlar, alimlər, elm xadimləri toplaşdı. Az müddətdə güclü monolit və mütəşəkkil siyasi qüvvəyə çevrildi. Qısa müddətdə Azərbaycan xalqının çoxsaylı müraciətləri və təkidi ilə hakimiyyətə gəldi. Azərbaycan vətəndaş müharibəsindən xilas etdi. Ölkədə baş verən hərmərcliklər və özbaşnalıqlara son qoydu. Ölkənin inkişaf proqramı hazırlandı və uğurla həyata keçirildi. Nəticədə ölkəmiz inkişaf etdi.

“Bu gündə möhtərəm Prezidentimizin rəhbərliyi ilə sürətli inkişaf mərhələsindədir. Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs uğurla davam etdirilir. YAP-ın Ulu Öndərin yaratdığı partiya olduğunu, ölkəmizin ictimai-siyasi həyatdakı rolunu və Möhtərəm Prezidentimizin sədrliyi və nüfuzunu görən hər bir Azərbaycan vətəndaşı partiya sıralarına üzv olurlar. Bunların arasında gənclərin axını daha çoxdur. Ulu öndər tərəfindən gənclər həmişə yüksək qayğı ilə əhatə olunmuşlar. Bu gün də gənclərin lideri hörmətli Prezidentimiz İlham Əliyev gənclərə böyük diqqət və qayğı göstərir. Hazırda partiyamızın  üzvlərinin sayı 750 min nəfərə yaxındır. Bu onu göstərir ki, partiyaya axın günü-gündən çoxalır. YAP ictimai-siyasi həyatında fəal iştirak etməklə ölkənin inkişafına da öz töhfəsini verməkdədir”-deyə deputat qeyd edib.