YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəbbət İbrahimova: Yeni Azərbaycan Partiyası siyasi palitramızın ən güclü təşkilatıdır

“Noyabrın 21-də ölkəmizin ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının  yaranmasının 27-ci ildönümü tamam olur. Hazırda respublikamızda bu münasibətlə müxtəlif tədbirlər keçirilməkdədir. Hazırda Azərbaycanda rəsmi dövlət qeydiyyatından keçmiş 50-dən artıq siyasi partiya fəaliyyət göstərir. 21 noyabr 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası  isə siyasi palitramızın ən güclü təşkilatıdır”. Bu fikirləri YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.

M.İbrahimova bildirib ki, fəaliyyəti dövründə partiyamız Ümummilli Lider Heydər Əliyevin yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib. Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Onun sözlərinə görə, partiyamızın məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir.

“Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Xüsusilə vurğulamalıyıq ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin lokomotivi və güc mərkəzidir. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır”-deyə, M.İbrahimova qeyd edib.