YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır

Ordunun gücləndirilməsi ilə bağlı davamlı gedən proseslərin maliyyələşdirilməsi istiqamətində gələn il büdcədə müdafiəyə ayrılan xərc də artırılacaq”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mirkişili  bildirib ki, ölkədə həyata keçirilən hüquqi islahatların dəstəklənməsi və bu istiqamətdə proseslərin sürətləndirilməsi üçün də xərclərin artırılması nəzərdə tutulub. Bütün bunlarla yanaşı, növbəti ildə sosial iqtisadi islahatların aparılması üçün dövlət büdcəsindən 1 milyard manata yaxın ehtiyyat məbləğ nəzərdə tutulub. Bu da bir tərəfdən sosial iqtisadi islahatları daha sürətlə aparmağa, digər tərəfdən isə əhalinin bu islahatlardan daha çox yararlanmasına xidmət edəcək.

Ümumilikdə növbəti ilin iqtisadiyyatı bu ildən daha sürətli artacağı gözlənilir. Belə ki, ümumi daxili məhsul 3 faiz, qeyri-neft sektorunun 3,8 faiz artması planlaşdırılır. Bütün bu makro iqtisadi şərait büdcə gəlirlərinin növbəti ildə də proqnozlaşdırıldığından daha çox artmasına şərait yaradacaq. Bu da növbəti ilin büdcəsinin əlavə gəlirlərinin yenidən əhalinin sosail şəraitinin daha da yaxşılaşmasına xidmət edəcəyinə deməyə əsas verir”.

Tahir Mirkişili qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsi sosialyönümlü olmaqla yanaşı, həm də investisiya yönümlübüdcədir: “Belə ki, dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır. Bunun vasitəsilə ölkədə nəqliyyat infrastrukturunun yenilənməsi, məktəb, səhiyyə müəssisələrinin tikintisi, yol infrastrukturu, qazlaşdırma, su və kanalizasiya xətlərinin çəkilməsi, melorasiya sahəsində yeni layihələr həyətə keçiriləcək ki, bu da iqtisadi aktivliyi daha da artıracaq.”