YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhə bölgəsində zabit və gizirlər üçün mənzillər və yataqxana kompleksləri tikilir

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə aparılan tikinti-quruculuq işlərini yoxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, noyabrın 26-da müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən hərbi hissə və birləşmələrdə aparılan tikinti-quruculuq işlərini yoxlayıblar.

Müdafiə nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhə bölgəsindəki hərbi şəhərciklərdə aparılan tikinti və quruculuğun gedişatını yoxlayıb, görülən işlərlə yaxından tanış olublar.

Qərargah, əsgər yataqxanaları, tədris kompleksləri, döyüş texnikası üçün saxlanclar, qarovul şəhərciyikləri, avtopark, sıra meydanı, yeməkxanalar, əsgər klubu, tibb məntəqəsi, idman meydançası, qazanxana-camaşırxana-hamamxana kompleksləri, transformator yarımstansiyası və eləcə də tikinti gedən digər obyektlərdə olan Müdafiə naziri müvafiq tapşırıq və tövsiyələrini verib.

Müasir tələblər çərçivəsində yenidən qurulan hərbi şəhərciklərdə zəruri hərbi infrastrukturlarla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş, həmçinin ailəli hərbi qulluqçuların sosial-məişət ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də subay zabit və gizirlər üçün yataqxana komplekslərinin tikilməsi də nəzərdə tutulub.

Görülən işlərin 2015-ci il ərzində başa çatdırılması planlaşdırılır.