YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Səbail rayon təşkilatı imzatoplama kampaniyasını uğurla davam etdirir

Dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri Səbail rayonunda uğurla davam etdirilir.

Rayonda 3 bələdiyyə üzrə Yeni Azərbaycan Partiyası tərəfindən 41 nəfərin namizədliyi irəli sürülüb. Namizədlərin qeydə alınması üçün noyabrın 5-dən imza toplanması prosesinə başlanılıb. Səbail rayonu bələdiyyələrinə irəli sürülmüş YAP namizədləri yerlərdə sakinlərlə görüşür, imza toplayırlar.

Seçicilər partiyamızın irəli sürdüyü namizədlərin xeyrinə imza verirlər.