YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağstafa rayon təşkilatı imzatoplama kampaniyasını uğurla davam etdirir

Dekabrın 23-də ölkəmizdə bələdiyyələrə  keçiriləcək seçkilərə Yeni Azərbaycan Partiyası (YAP) yüksək səviyyədə hazırlaşır. Hazırda isə seçki kampaniyasının namizədlərin irəli sürülməsi və onların qeydə alınması üçün seçici imzalarının toplanılması mərhələsidir. YAP-ın yerli strukturları da bu mərhələdə uğurla fəaliyyət göstərməkdədir. YAP Ağstafa  rayon təşkilatı da bu prosesi mütəşəkkil surətdə həyata keçirir.

YAP Ağstafa  rayon təşkilatının sədri Ramiz Tatarov bildirib ki, təşkilat  öz işini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə qurub. YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin 19 nəfər üzvü var ki, onlar daimi fəaliyyətdədirlər. Qərargah üzvləri  arasında iş bölgüsü aparılıb və görülən işlər barədə mütəmadi olaraq məlumat verilir.

Təşkilat sədrinin sözlərinə görə, Ağstafa rayonu üzrə iki seçki dairəsi mövcuddur. Belə ki, 108 Ağstafa seçki dairəsi üzrə rayonda 38 məntəqədə 42 min 322 seçici, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində isə Ağstafa rayonuna aid 5 məntəqədə 6 min 934 seçici qeydiyyatdadır.

“Rayonda Yeni Azərbaycan Partiyası tərəfindən 29 bələdiyyə üzrə 267 nəfərin namizədliyi irəli sürülüb.Namizədlərin qeydə alınması üçün noyabrın 5-dən imza toplanması prosesinə başlanılıb. İmzatoplama kampaniyası uğurla davam etdirilir”-deyə, R.Tatarov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv