YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Demoqrafik vəziyyət Ermənistanı fəlakətə aparır

«Ermənistanda demoqrafik vəziyyət ağırdır. Artıq bunu erməni cəmiyyətində də etiraf edirlər». Bu fikirləri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, bu vəziyyət Ermənistanı fəlakətə aparır. Onun sözlərinə görə, yaranmış vəziyyətin səbəbi bu ölkənin işğalçı siyasət aparmasıdır.

«İşğalçı siyasət nəticəsində Ermənistan qonşuları ilə münasibətləri pozub. Bu ölkə regionda həyata keçirilən layihələrdə iştirak etməkdən məhrum olub. Eyni zamanda, hakimiyyətin kriminal idarəçiliyi əhalini ölkəni tərk etməyə məcbur edir. Ermənistanda dolanışıq o qədər ağırdır ki, insanlar sürətlə başqa ölkələrə üz tuturlar. Əgər ermənilər rifah içində yaşamaq istəyirlərsə, Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Məhz bundan sonra Ermənistan əhalisi üçün sosial rifah halı müsbətə doğru dəyişə bilər»- deyə, deputat qeyd edib.