YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Aqrar bölmə dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və bu sahə həmişə diqqət mərkəzindədir

«Son illərdə baş vermiş qlobal maliyyə- iqtisadi böhranı dünyanın  bir çox   ölkələrində  iqtisadiyyatın  xeyli geriləməsinə səbəb olsa da, Ümummilli lider Heydər Əliyevin başladığı və Prezident   İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi  siyasət nəticəsində ölkəmizdə  iqtisadiyyatın  dinamik inkişafı hər il olduğu kimi 2014-cü ildə də  təmin edilib. Bu isə 2015-ci ildə büdcə xərclərinin və gəlirlərinin artımına əsaslı zəmin yaradıb. Büdcə layihəsində diqqəti cəlb edən məqamlardan biri  qeyri-neft sektorunun inkişafı ilə bağlıdır». Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının sədri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, ildən-ilə dövlət büdcəsinin neft amilindən asılılığı azalır və 2015-ci ildə  qeyri-neft sektorundan gəlirlərin dövlət büdcəsində payı 34,7 faiz  proqnozlaşdırılır ki, bu da 2013-cü ilə nisbətən 7,8 faiz-bənd çoxdur. Onun sözlərinə görə, bu artım  isə respublikamızda son illər qeyri-neft sektorunda innovasiyalı texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması və  regionlarda həyata keçirilən tədbirlərlə   əlaqədardır.

«Regionların inkişafına dair Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir ki, ildən - ilə yerli büdcələrə dotasiyanın həcmi azalır. Bütün bunlar və dövlətin həyata keçirdiyi digər iqtisadi tədbirlər büdcə gəlirlərinin artıq büdcə-vergi siyasəti üzrə reallaşmasına və qeyri-neft gəlirlərinin Ümumi Daxili Məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artımına yönəldiyini göstərir. Azərbaycan Prezidenti İlham Əliyev növbəti 10 il ərzində ümumi daxili məhsulu qeyri-neft sektorunun inkişafı hesabına ən azı iki dəfə artırmağı və ölkə əhalisinin əsas ərzaq məhsullarına  olan tələbatını 100 faiz yerli istehsal hesabına ödəməyi  qarşıya hədəf qoyub. Qeyri - neft sektorunun prioritet istiqamətlərindən biri aqrar sahə olduğundan  bu bölmənin kompleks inkişaf etdirilməsi üçün respublikamızda  xeyli işlər görülüb. Kənd təsərrüfatına dövlət dəstəyi davam etdirilir və daim təkmilləşdirilir.    Bu bir daha onu göstərir ki, aqrar bölmə dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biridir və bu sahə həmişə diqqət mərkəzindədir»- deyə, E.İbrahimov vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv