YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş konfrans keçirilmişdir

Mayın 5-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş konfrans keçirilmişdir.

Tanınmış alimlərin, müəllim və tələbələrin iştirak etdikləri konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışmışdır.

Dahi rəhbər Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulayan rektor ölkəmizin dinamik inkişafından danışmışdır.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov “Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri” mövzusunda məruzə etmişdir.

DİGƏR Xəbərlər Arxiv