YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Radikal müxalifətin bələdiyyə seçkilərində iştirak etmək üçün potensialı yoxdur

«Müxalifətin bələdiyyə seçkilərində iştirak etməməsinin iki səbəbi var. Bələdiyyə seçkiləri böyük seçkidir. Bu seçkilərdə 15 mindən artıq fəal insanın namizədilyi irəli sürülməlidir. Onlar əhali tərəfindən tanınmalı, imza toplayıb qeydiyyatdan keçməlidir. Radikal müxalifətin isə belə potensialı yoxdur. Bu potensial, sosial baza, eloktorat olmadığı üçün onlar çalışırlar ki, seçki prosesinə kölgə salsınlar, guya bələdiyyələrin səlahiyyətləri yoxdur». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, hər hansı siyasi partiyanın yerli strukturlarının möhkəmlənməsi, formalaşması, əhali arasında nüfuzun artması üçün bələdiyyə seçkiləri ən vacib seçkilərdir. Nəzərə alsaq ki, gələn il parlament seçkiləri keçiriləcək, bələdiyyə seçkilərində iştirak hər bir partiya üçün sınaq ola bilər. Onun fikrincə,  proseslər onu göstərir ki, müxalifət düşərgəsinin potensalı yoxdur.

«İkinci səbəb ondan ibarətdir ki, müxalifət partiyalarının daxilində çox ciddi qarşıdurmalar mövcuddur. Həm «Müsavat», həm də AXCP-də gərginlik var. Həmin partiyalar parçalanmaq ərəfəsindədir. «Müsavat»ın qurultayında keçirilən qeyri-obyektiv seçkilər üzvlərin etirazına səbəb olub. Onlar ədalətli seçkilər tələb edir, yaxud da alternativ Müsavat Partiyası yarada bilərlər. Acınacaqlı durum AXCP-də də hökm sürür. Görürlər ki, bu partiya xalqın maraqlarına deyil, xarici qüvvələrin, erməni lobbisinin maraqlarına xidmət edir, antiazərbaycançı fəaliyyət göstərir. AXCP-də az-çox öz dövlətini istəyən insanlar  partiya sıralarını tərk edirlər. Bu partiyalar öz daxili problemlərini  həll edib başa çatdıra bilməyiblər ki, bələdiyə seçkilərinə də qoşulsunlar»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.