YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub

“İqtisadi islahatlar gündəliyimizdə olan məsələdir. Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Ümumi daxili məhsulumuz üç dəfədən çox artıb. Büdcə xərclərimiz iyirmi dəfədən çox artıb. Biz yoxsulluğun səviyyəsini 49 faizdən 5 faizə qədər azalda bildik. İşsizlik isə 5 faizdən aşağıdır. Maliyyə vəziyyətimiz çox sabitdir. Xarici borc ümumi daxili məhsulun yalnız 8 faizini təşkil edir. İqtisadi islahatlarımız, həmçinin beynəlxalq maliyyə təsisatları tərəfindən xüsusi olaraq qeyd edilir”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxışı zamanı bildirib.

 Prezident İlham Əliyev qeyd edib ki, Davos Dünya İqtisadi Forumu qlobal rəqabətə davamlılıq baxımından ölkəmizi 38-ci yerdə qərarlaşdırıb. Bu səbəbdən, iqtisadi inkişafımızın aparıcı qüvvəsi, əlbəttə ki, islahatlar oldu.